Qadın voleybolçuların Super Liqasında növbəti qələbə qeydə alındı

Qadın voleybolçuların Super Liqasında növbəti qələbə qeydə alındı
12.11.2026 18:53 İdman

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının ikinci turunda “AZERRAIL” “Milli Aviasiya Akademiyası”na qalib gəlib.

TodayPress TV xəbər verir ki, qarşılaşma “AZERRAIL”in 3:0 (25:20, 25:22, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Bu qələbədən sonra “AZERRAIL” xallarının sayını üçə çatdıraraq “Naxçıvan”, “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandalarının yer aldığı qrupa qoşulub.

Qeyd edək ki, ikinci turun ilk oyununda “Murov Az Terminal” UNEC-i 3:1 (18:25, 25:17, 25:19, 25:21) hesabı ilə məğlub edib.

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər