Kremldə iki saatdan çox davam edən görüş - Putin və ABŞ elçilərinin müzakirəsi bitdi

Kremldə iki saatdan çox davam edən görüş - Putin və ABŞ elçilərinin müzakirəsi bitdi
12.11.2026 19:13 Dünya

Rusiya Prezidenti Vladimir Putin amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerlə görüşünü başa çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"ın müxbiri məlumat verib.

Görüş Kremldə keçirilib və Ukrayna münaqişəsinin nizamlanması məsələsinə həsr olunub. Bakı vaxtı ilə saat 16:05-də başlayan görüş iki saatdan çox davam edib.

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Moskva, Vaşinqton və Kiyev nümayəndələri arasında Ukrayna üzrə üçtərəfli danışıqlar keçirilib. Uitkoff və Kuşner danışıqlarda iştirak ediblər və Əbu-Dabidən Rusiyanın paytaxtına gəliblər.

Amerikalı nümayəndələrin Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşü gözlənilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər