Oyuna çıxmadılar, liqadan kənarlaşdırıldılar!

Oyuna çıxmadılar, liqadan kənarlaşdırıldılar!
12.11.2026 16:48 İdman

AFFA Göyçayın “Çərəkə” komandasını U-11 Liqasından kənarlaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Bildirilib ki, U-11 Liqasında keçirilən “Çinar” (Göyçay) – “Çərəkə” (Göyçay) qarşılaşması qonaq komandanın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

Nəticədə qaydaları üçüncü dəfə pozan “Çərəkə” komandası yarışdan kənarlaşdırılıb. Komandanın turnir çərçivəsində keçirdiyi bütün oyunların nəticələri ləğv edilib.


Namiq HUN

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər