Putin Trampın adamlarını güldürmək üçün bu lətifəni danışdı
Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən danışıqlar zamanı ABŞ nümayəndələrini lətifə danışaraq əyləndirib.
TodayPress TV xəbər verir ki, Putin Kiyev yaxınlığındakı kotteclərlə bağlı korrupsiya əhvalatını danışıb.
Belə ki, söhbət zamanı o, NABU-nun (Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu) pulların mənbəyi ilə bağlı sualına “Pul tumboçkadan çıxıb” cavabını verən bir dələduzun əhvalatını xatırladıb.
Bu lətifənin keçmiş Ukrayna Prezidenti Viktor Yanukoviçlə bağlı olduğu bildirilir.
Kübra Musayeva