Anisimova karyerasının ən yüksək mövqeyinə çatdı
İdman
05.01.2026 15:09
Amerikalı tennisçi Amanda Anisimova yenilənmiş dünya reytinqində üçüncü pilləyə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu, Anisimovanın karyerasında indiyədək əldə etdiyi ən yüksək mövqedir.
O, həmyerlisi Kori Qauffu geridə qoyub. Qauff ötən il United Cup turnirindəki çıxışına görə topladığı xalları itirdiyindən reytinqdə geriləyib.
2025-ci il mövsümündə Amanda Anisimova Qadın Tennisçilər Assosiasiyasının (WTA) iki 1000 kateqoriyalı turnirin qalibi olub. O, Doha (Qətər) və Pekin (Çin) turnirlərində çempionluq qazanıb. Bundan əlavə, amerikalı tennisçi Uimbldon və US Open turnirlərində finala yüksəlib.
2025-ci il WTA İlin Yekun Turnirində Anisimova qrup mərhələsində iki qələbə qazanıb. Yarımfinalda isə belaruslu Arina Sobolenkoya üç setdə 3:6, 6:3, 3:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Anisimova iyul ayında ilk dəfə dünya reytinqinin top-10-luğunda debüt edib.
Namiq HUN
tag: Amanda Anisimova,Tennis,Reytinq,Pillə,Todaypress.tv,
