Andorra - Azərbaycan oyununda hesab açıldı - CANLI

Andorra - Azərbaycan oyununda hesab açıldı - CANLI
16.11.2026 22:19 İdman

Azərbaycan və Andorra milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçirilir.

TodayPress TV xəbər verir ki, qarşılaşmanın ikinci dəqiqəsində Eşqin Əhmədovun vurduğu qolla Azərbaycan millisi hesabı açaraq Andorra qarşısında 1:0 önə keçib.

***

Azərbaycan və Andorra milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşü başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma Andorranın Enkamp şəhərində keçirilir. Matçın baş hakimi ispaniyalı Xose Luis Munueradır.

Azərbaycan millisinin kapitanı Emin Mahmudov qarşılaşmadan sonra yığmadakı karyerasını başa vuracaq.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteynə səfərdə 1:0 hesabı ilə qalib gəlib.

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər