Estoniyada sonra bu ölkə də Rusiya ilə sərhədi bağlaayır

Estoniyada sonra bu ölkə də Rusiya ilə sərhədi bağlaayır
16.11.2026 18:45 Dünya

Litva Estoniyanın nümunəsini izləyərək Rusiya ilə sərhədi bağlamağı nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib.

“Bu, region üçün yeni bir şey deyil, ona görə də Estoniyanın qərarı başadüşüləndir”, – deyə Nauseda bildirib və əlavə edib ki, Litva da bütün halları nəzərə alaraq belə bir qərar qəbul edə bilər.

Xatırladaq ki, Estoniya dekabrın 1-dən qüvvəyə minəcək Rusiya ilə sərhədin bağlanması qərarını Moskvanın qeyri-dost hərəkətləri ilə əsaslandırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər