Vaşinqton Ukrayna üçün sülh şərtlərini hazırlayır - Uitkoff və Kuşner hərəkətə keçdi
ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukraynadakı münaqişənin nizamlanması üçün hər iki tərəfin razılaşa biləcəyi şərtlərin hazırlanması üzərində fəal çalışırlar.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Fox News” telekanalına müsahibəsində bildirib.
“Stiv və Cared hər iki tərəfin razılaşa biləcəyi şərtlər toplusunun hazırlanması üçün həqiqətən böyük səylər göstərirlər”, – deyə amerikalı diplomat vurğulayıb.
Aysel Mətləb