Rusiya müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı - Səbəb nədir?

Rusiya müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı - Səbəb nədir?
16.11.2026 19:10 Dünya

Estoniyanın Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıraraq müdafiə sənayesi müəssisəsi olan “Threod Systems” binasına od vurmaq cəhdini qətiyyətlə pislədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

İddiaya görə, Estoniya Daxili Təhlükəsizlik Xidmətinin məlumatları təxribat aktının Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən sifariş edildiyini göstərib.

“Estoniya bu cür təsir fəaliyyətləri üçün çətin hədəfdir. Rusiya təxribatlarını aşkar etmək və qarşısını almaq sahəsində uzun illərin təcrübəsinə malikik, müəssisələr risklərdən xəbərdardır, dövlət orqanları isə sürətli və qətiyyətli fəaliyyət göstərir. “Threod Systems”ə qarşı fəaliyyət göstərən təxribatçılar saxlanılıb, təhlükə aradan qaldırılıb”, – deyə xarici işlər naziri Marqus Tsaxkna bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər