Putinin iştirakı sual altındadır: Kremldən AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik yekun qərar qəbul olunmayıb. Məsələ hazırda müzakirə mərhələsindədir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Putin qərarını Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən və Çin və ABŞ liderləri ilə üçtərəfli görüşdən sonra verəcək.
Uşakov həmçinin Rusiya, ABŞ və Ukrayna arasında müharibənin nizamlanmasına dair üçtərəfli danışıqların Əbu-Dabidə davam etdiriləcəyini, lakin növbəti görüşün tarixinin hələ razılaşdırılmadığını deyib.
O əlavə edib ki, Avropa İttifaqının danışıqlarda iştirakı məsələsi Rusiya Avropa ölkələrindən Ukrayna münaqişəsinin həlli ilə bağlı konstruktiv təkliflər aldıqdan sonra gündəmə gələ bilər.
Kübra Musayeva