Azərbaycan Super Liqası: “Turan” “Murov Az Terminal”ı məğlub etdi

Azərbaycan Super Liqası: “Turan” “Murov Az Terminal”ı məğlub etdi
16.11.2026 18:50 İdman

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında doqquzuncu turun oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, “Turan” komandası səfərdə “Murov Az Terminal”a 3:0 hesabı ilə qalib gəlib.

Qonaqlar setləri 25:15, 25:13 və 35:33 hesabları ilə öz xeyirlərinə başa vurublar.

Qarşılaşma “Murov Az Terminal” Voleybol Klubunun idman zalında baş tutub.

Qeyd edək ki, 2026/2027-ci illər mövsümündə qadın voleybolçuların Super Liqasında doqquz komanda mübarizə aparır. Bunlar “Turan”, “DH Volley”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “Azərmaş Abşeron”, “Azərreyl”, “Murov Az Terminal” və “Naxçıvan” komandalarıdır.

Xatırladaq ki, “Turan” klubu ölkəmizi beynəlxalq arenada da təmsil edir. Komanda noyabrın əvvəlində CEV Çempionlar Liqasının təsnifat mərhələsində Bolqarıstanın “Maritsa Plovdiv” (3:0) klubu ilə qarşılaşıb.


XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər