İslamabaddan Vaşinqtona mesaj: Seçkilər bitdi, indi söz ABŞ-nindir

İslamabaddan Vaşinqtona mesaj: Seçkilər bitdi, indi söz ABŞ-nindir
16.11.2026 19:30 Dünya

Pakistan hakimiyyəti ABŞ-nin İran tərəfindən təklif olunan Hörmüz boğazının açılması ilə bağlı ikigünlük plana yaxın vaxtlarda cavab verəcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar bildirib.

“Bildiyiniz kimi, əvvəllər mövcud olan yeddigünlük plan, belə demək mümkündürsə, yenidən nəzərdən keçirilib və sürətləndirilib. İndi bu, İranın ABŞ-yə təklif etdiyi ikigünlük proqramdır. Qarşı tərəf seçkilərlə məşğul idi, lakin onlar artıq başa çatıb. Buna görə də ümid etmək olar, ən yaxın vaxtlarda cavab alacağıq”, – deyə o, İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Dar qeyd edib ki, tədbir çərçivəsində o iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb:

“Mövcud vəziyyətlə bağlı çox səmimi, birbaşa və dostyana müzakirəmiz oldu”.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər