Tramp Si Cinpindən İran neftinin alışını dayandırmağı istəyəcək? - Lider AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpindən ölkəsinin İran neftinin alışını dayandırmasını istəyib-istəməyəcəyini dəqiqləşdirməyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən danışıb.
“Onunla xahiş etmək istədiyim məsələlər barədə danışacağam. Bunu bilməyinizə ehtiyac yoxdur”, – deyə amerikalı lider Çinin İrandan neft alışını dayandırmasına nail olmağa çalışıb-çalışmayacağı ilə bağlı suala cavabında bildirib.
Aysel Mətləb