Sibiqa Fidanla görüşdü - Nələr müzakirə edildi?
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Brüsseldə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Sibiqa “X” hesabında məlumat verib.
Görüş Avropa İttifaqı Xarici İşlər Şurasının iclası və regionlararası təhlükəsizlik üzrə nazirlər toplantısı çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli münasibətləri, ölkə liderlərinin əldə etdiyi razılaşmaların icrasını və Azad Ticarət Sazişi çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Bundan əlavə, Qara dənizdə gərginliyin azaldılması istiqamətində görülən səylər nəzərdən keçirilib.
Sibiqa Türkiyənin Qara dəniz regionunun aparıcı dövlətlərindən biri və sülh prosesində əsas vasitəçi kimi mühüm rolunu xüsusi vurğuladığını bildirib.
Kübra Musayeva