Azərbaycan Basketbol Liqasında VII tura yekun vuruldu

Azərbaycan Basketbol Liqasında VII tura yekun vuruldu
16.11.2026 21:04 İdman

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.

TodayPress TV xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Bakı İdman Sarayında baş tutan NTD - "Naxçıvan" görüşündə Naxçıvan təmsilçisi 84:56 hesablı qələbə qazanıb.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən matçda isə "Sumqayıt" "Ordu"nu 123:88 hesabı ilə məğlub edib.

Xatırladaq ki, VII turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni (93:78), "LANDAU Lions" "Gəncə"ni (85:62) məğlub edib.

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər