Meksika miqrant axınını dayandırmasa... - Trampdan XƏBƏRDARLIQ
ABŞ administrasiyası Meksikanı ABŞ-yə yönələn miqrant axınının qarşısını almağa çağırıb. Əks halda, Meksika məhsullarına gömrük rüsumlarının artırılacağı barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Liderdən ABŞ-yə doğru hərəkət edən miqrant axını barədə soruşublar:
“Miqrantları buraya buraxmayacaqlar və Meksika onların qarşısını alacaq. Onlar miqrantları dayandıracaqlarını bildiriblər. Əgər onların qarşısını almasalar, Meksikaya qarşı sərt rüsumlar tətbiq edəcəyik”.
Xatırladaq ki, bundan əvvəl Meksika Prezidenti Klaudiya Şeynbaum Mərkəzi Amerika ölkələrindən karvanlarla hərəkət edən miqrantları Meksika ərazisindən keçərək ABŞ-yə daxil olmağa cəhd göstərməmələri barədə xəbərdar edib.
Aysel Mətləb