BMT daxilində "Ukrayna yorğunluğu" artır

BMT daxilində "Ukrayna yorğunluğu" artır
16.11.2026 19:38 Dünya

BMT sistemi Ukrayna gündəmindən getdikcə daha çox yorulur.

TodayPress TV xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Qərb diplomatı "Reuters" agentliyinə bildirib.

O, Moskvanın Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbər vəzifələrinə öz nümayəndəsini namizəd göstərməsini şərh edib.

“Onların seçilməsi Rusiyanın çoxtərəfli sistemə qayıtdığını nümayiş etdirəcək. BMT sistemi Ukrayna məsələsindən yorulub”, – deyə rəsmi vurğulayıb.

Digər mənbə də bildirib ki, bir sıra ölkələr Rusiya ilə ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı bərpa edir və BMT-də ona açıq şəkildə qarşı çıxmaq istəmirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər