Masada Avropaya yer yoxdur! - Polşa böyük üçlüyün görüşünə qəzəbləndi

Masada Avropaya yer yoxdur! - Polşa böyük üçlüyün görüşünə qəzəbləndi
16.11.2026 18:58 Dünya

Polşanın xarici işlər naziri Radek Sikorski Avropanın Rusiya, ABŞ və Çin arasında keçiriləcək qarşıdakı danışıqlarda iştirak etməyəcəyinə görə qəzəblənib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Agentliyin məlumatına görə, polşalı siyasətçi narazılığını Avropa İttifaqı Xarici İşlər Şurasının iclası çərçivəsində ifadə edib.

“Bu, Çin, ABŞ və Avropa İttifaqı arasında görüş olmalı idi”, – deyə Sikorski bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında üçtərəfli görüş noyabrın 19-da, Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər