Zelenski yeni əməliyyatları təsdiqlədi: Ukrayna hansı hədəfləri seçib?

Zelenski yeni əməliyyatları təsdiqlədi: Ukrayna hansı hədəfləri seçib?
16.11.2026 20:13 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski “Ramştayn” formatında keçiriləcək Müdafiə Əlaqə Qrupunun növbəti iclası öncəsi ölkəsinin əsas hərbi ehtiyaclarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, müdafiə naziri Yevgeni Xmara görüşdə Ukraynanın ehtiyaclarını və əməkdaşlığın əsas prioritetlərini təqdim edəcək.

Prezident bildirib ki, əsas diqqət hava hücumundan müdafiə sistemləri üçün ələkeçirici raketlərin təmin edilməsinə və Ukrayna hərbi aviasiyasının sursatla təchizatına yönələcək.

O, həmçinin müdafiə qüvvələri üçün pilotsuz uçuş aparatlarının istehsalının artırılması imkanlarının olduğunu və bunun üçün əlavə maliyyələşmənin müzakirə ediləcəyini qeyd edib. Zelenski tərəfdaşlarla birgə silah istehsalına da yeni təkan verilməsinin vacibliyini vurğulayıb.

Ukrayna lideri müdafiə nazirinin uzaqmənzilli zərbələr planının icrası barədə də məruzə etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbələri nəzərdə tutulan hədəflərə çatır və yeni əməliyyatları təsdiqləyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər