İsrailin milyonlarla insanı izləmək üçün istifadə etdiyi texnologiya üzə çıxdı
İsrail ordusunun milyonlarla fələstinlinin fotosunu süni intellektlə analiz etmək üçün “Amazon”un bulud sisteminə yüklədiyi iddia olunur.
TodayPress TV-nin “The Guardian”a istinadən verdiyi məlumata görə, 2024-cü ilin əvvəlində İsrail ordusunun “Rolling Stone” bölməsi Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan fələstinlilərə aid 3,5 milyon fotoşəkli “Amazon”un bulud platformasına yerləşdirib.
Məlumata əsasən, hərbçilər fotoların təhlili və şəxslərin üz cizgilərinə görə müəyyənləşdirilməsi üçün “Amazon Rekognition” adlı süni intellekt sistemindən istifadə etməyi planlaşdırıblar.
Bildirilib ki, 2023-cü ilin oktyabrında Qəzzada quru əməliyyatına başlanılmasından sonra İsrail hərbçiləri keçid məntəqələrində fələstinlilərin mütəmadi olaraq fotolarını çəkiblər. Bu proses fələstinlilərin izlənməsi ilə bağlı məxfi hərbi kəşfiyyat məlumatlarının “Amazon Web Services” (AWS) platformasına köçürülməsi proqramının bir hissəsi olub.
Kübra Musayeva