İqtisadiyyat, təhsil, təhlükəsizlik... - Ərdoğan çatışmazlıqlardan danışdı

İqtisadiyyat, təhsil, təhlükəsizlik... - Ərdoğan çatışmazlıqlardan danışdı
16.11.2026 22:18 Dünya

Türkiyənin iqtisadiyyat, texnologiya, demokratiya, təhlükəsizlik, təhsil və bir çox digər sahələrində problemlər qalmaqdadır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ankarada hakim Ədalət və İnkişaf Partiyasının gənclər qanadının təşkil etdiyi tələbələrlə görüşdə dövlət başçısı ölkədə bir sıra problemlərin olduğunu etiraf edib, lakin gəncləri öz imkanlarına inanmağa və ölkənin inkişafında iştirak etməyə çağırıb. Ərdoğanın sözlərinə görə, gənclər siyasi həyatın fəal iştirakçılarına çevrilməlidirlər.

Oktyabr ayının yekunlarına görə, Türkiyədə illik inflyasiya 29,8 faizə yüksəlib. Sentyabr ayında bu göstərici 29,7 faiz təşkil edib. Oktyabr ərzində istehlak qiymətləri 2,58 faiz artıb. Bu artıma ən böyük təsiri geyim, ayaqqabı, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətlərindəki vəziyyət göstərib.

Oktyabrın 22-də Türkiyə Mərkəzi Bankı ilin əvvəlindən bəri ilk dəfə uçot dərəcəsini 1 faiz bəndi azaldaraq 37 faizdən 36 faizə endirib. Tənzimləyici qurum həmin vaxt geosiyasi gərginlik və enerji daşıyıcılarının yüksək qiymətləri səbəbindən inflyasiya risklərinin davam etdiyini qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər