ABŞ hökuməti fiqurlu konkisürənlərin öldüyü qəzaya görə məsuliyyət daşıyır
İdman
20.12.2025 11:45
ABŞ hökuməti etiraf edib ki, hava nəzarətçisi və hərbi vertolyot pilotlarının səhvləri yanvarın 29-da Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə vertolyotun toqquşmasında rol oynayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qəzada 67 nəfər həlak olub, onların arasında məşhur fiqurlu konkisürənlər Yevgeniya Şişkova və Vadim Naumov də var.
Hökumət bildirib ki, qəza hava nəzarətçisinin qaydaları pozması və vertolyot pilotlarının diqqətsizliyi səbəbindən baş verib. Lakin bu hadisədə təyyarə pilotları və aviaşirkətlər də mümkün rol oynaya bilər.
Qeyd edək ki, American Airlines və PSA Airlines ittihamları rədd etmək üçün müraciət edib. Aviaşirkətlər riskləri azaltmaq və pilotları hazırlamaq üçün kifayət qədər tədbir görməyib.
Namiq HUN
tag: ABŞ,Qəza,Fiqurlu Konkisürmə,Ölüm,Todaypress.tv,
