Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ

Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ
15.10.2026 14:40 Hərbi

Cari ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin N saylı hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Toplanış zamanı hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, ixtisas hazırlığına uyğun məşğələlər təşkil olunub.

Şəxsi heyətə atıcı silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, həmçinin xəritə üzərində fəaliyyətlər nəzəri və praktiki olaraq yerinə yetirilib.

Təlim zamanı iştirakçılara ordumuzun arsenalında olan müxtəlif silah və texnika, rabitə vasitələrindən istifadə, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.

Sonra plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

TodayPress TV

FOTOLAR

Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ — 1
Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ — 2
Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ — 3
Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ — 4
Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ — 5
Xüsusi Təyinatlılar ehtiyatdan çağırılan hərbçilərə təlim keçirirlər - GÖRÜNTÜ — 6
XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər