Şahinlər səmaya qalxdı – Azərbaycan və BƏƏ-dən birgə hazırlıq

Şahinlər səmaya qalxdı – Azərbaycan və BƏƏ-dən birgə hazırlıq
14.10.2026 18:48 Hərbi

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi uğurla davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib.

Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Təlimin növbəti mərhələsində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların yerinə yetirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər