Bakı-Qazax yolunda ağır qəza: İki nəfər öldü

Bakı-Qazax yolunda ağır qəza: İki nəfər öldü
26.11.2026 10:46 Hadisə

Yevlax rayonunda yük və sərnişin avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.

TodayPress TV Apa-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub.

Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər