Qazaxda evdə qaz partladı, xəsarət alanlar var
Qazax rayonunda evdə qaz partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakinləri, 1961-ci il təvəllüdlü M. Kəlayev və onun anası, 1939-cu il təvəllüdlü D. Kəlayeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsə tibbi yardım göstərilib. M. Kəlayevin vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ana və oğlu yaşadıqları evdə qaz sobasının partlaması nəticəsində xəsarət alıblar.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.