“Bavariya”da Musiala qalmaqalı: Kimmix susmadı!

“Bavariya”da Musiala qalmaqalı: Kimmix susmadı!
26.11.2026 15:17 İdman

Almaniyanın “Bavariya” klubunun futbolçusu Yozua Kimmix komanda yoldaşı Camal Musialanın vəziyyəti ilə bağlı klub rəhbərliyinin mövqeyini tənqid edib.

TodayPress TV xəbər verir ki, yarımmüdafiəçi rəhbərliyin Musialanın yüksək məbləğli müqaviləsi barədə ictimaiyyətə açıqlamalar verməsini düzgün hesab etmədiyini bildirib.

Kimmix qeyd edib ki, gənc futbolçu son dövrlərdə xəstəlik və ciddi zədə səbəbindən çətinliklərlə üzləşib. Onun fikrincə, Musialanın hazırda gözlənilən səviyyədə çıxış etməməsi müəyyən qədər anlaşılandır.

Almaniyalı futbolçu klubun narahatlığını başa düşdüyünü, lakin belə məsələlərin ictimaiyyət qarşısında futbolçunun əleyhinə təqdim edilməsini qəbuledilməz saydığını vurğulayıb.

“Klub həmişə birinci yerdədir və futbolçu olaraq hər birimizdən daha vacibdir. Ancaq o, insandan daha üstün ola bilməz. Bu, keçilməməli olan sərhəddir və “Bavariya”nın ruhuna uyğun deyil”, - deyə Kimmix bildirib.

Qeyd edək ki, Camal Musialanın beşillik müqaviləsi üzrə illik maaşının təxminən 25 milyon avro olduğu bildirilir. Futbolçu daha əvvəl bir neçə dəfə huşunu itirib və əzələ zədəsi səbəbindən yaşıl meydanlardan kənarda qalıb.

Namiq HUN

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər