Dünya futbolunun ali qurumu hakerlərin hədəfində!
Beynəlxalq Futbol Federasiyası (FIFA) cinayət xarakterli kiberhücumla üzləşib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Rob Harris “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, FIFA məhdud həcmdə şəxsi və işgüzar məlumatlara icazəsiz giriş əldə edildiyini açıqlayıb. Qurum hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Qeyd edək ki, FIFA-nın prezident postuna seçkilər 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək 77-ci Konqresdə baş tutacaq. Hazırkı prezident Canni İnfantino ilə yanaşı, Filip Diallo və Kodzo Tasi¬ma da namizədlər sırasındadır.
Namiq HUN