Krım işıqsız qaldı

Krım işıqsız qaldı
26.11.2026 16:28 Dünya

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən qəza nəticəsində bütün ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sevastopolenerqo” və “Krımenerqo” şirkətləri məlumat yayıb.

Bildirilib ki, yarımadadan kənarda yerləşən enerji obyektlərində baş verən qəza səbəbindən Sevastopol da daxil olmaqla elektrik təchizatında fasilə yaranıb.

“Sevastopolenerqo” sakinlərə elektrik təchizatı normallaşana qədər mümkün zədələnmələrin qarşısını almaq məqsədilə elektrik cihazlarını şəbəkədən ayırmağı tövsiyə edib.

Şirkətin məlumatına görə, elektrik enerjisinin verilməsinin mümkün qədər tez bərpası üçün müvafiq tədbirlər görülür.

TodayPress TV 

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər