Klub rəhbəri 8, futbolçu isə 7 oyunluq cəza aldı!
AFFA Region Liqasında çıxış edən “Veteran Tankçılar Gəncə” komandasının prezidenti Hacıbaba Əzimova səkkiz oyunluq cəza verib.
TodayPress TV xəbər verir ki, milli assosiasiyanın İntizam Komitəsi komanda ilə bağlı qərar qəbul edib.
Cəzaya səbəb Hacıbaba Əzimovun “Göyəzən”lə oyundan sonra hakimləri təhqir etməsi olub.
Bundan başqa, “Veteran Tankçılar Gəncə”nin futbolçusu Sahib Gümşüdov da diskvalifikasiya edilib. O, qarşılaşma zamanı rəqibinə zərbə endirərək onu təhqir etdiyi üçün yeddi oyunluq cəza alıb.
Namiq HUN