Serbiyada prezident seçkilərinin tarixi: Vuçiçdən sonra ölkəni kim idarə edəcək?

Serbiyada prezident seçkilərinin tarixi: Vuçiçdən sonra ölkəni kim idarə edəcək?
26.11.2026 15:41 Dünya

Serbiyada prezident seçkilərinin dekabrın 27-də keçiriləcəyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiya Parlamentinin spikeri və dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Çupiç məlumat verib.

O, müvafiq qərarı imzalayaraq seçkilərin rəsmi tarixini elan edib.

Xatırladaq ki, sentyabrın 27-də Aleksandr Vuçiç prezident vəzifəsindən istefa verdiyini açıqlamışdı. O, növbədənkənar parlament seçkilərinədək adi vətəndaş kimi yaşamaq niyyətində olduğunu bildirmişdi.

Oktyabrın 25-də Serbiyada parlament seçkiləri keçirilib. Səsvermədə 18 siyasi qüvvə iştirak edib. Əsas mübarizə Aleksandr Vuçiçin rəhbərlik etdiyi siyasi düşərgə ilə müxalifətdəki “Tələbə Siyahısı” arasında gedib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər