Makron İspaniyanın Baş naziri vəzifəsini icra edəcək
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının Brüsseldə keçiriləcək sammitində İspaniyanı da təmsil edəcək.
TodayPress TV xəbər verir ki, “Euronews”un məlumatına görə, Makron bu barədə İspaniyanın Baş naziri Pedro Sançesdən müvafiq səlahiyyət alıb.
Məlumata əsasən, Sançesin noyabrın 29-da İspaniyada keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşdığı üçün noyabrın 26-27-də baş tutacaq Aİ sammitində iştirak edə bilməyəcəyi bildirilir.
Qeyd edək ki, oktyabrın 5-də Pedro Sançes parlamentin buraxıldığını elan edib. Baş nazirin sözlərinə görə, hökumət qarşıya qoyduğu bütün məqsədləri həyata keçirə bilməyib və cəmiyyətdə mövcud hakimiyyətə narazılıq var.
Sançes yeni islahatların həyata keçirilməsi üçün hökumətin xalqın dəstəyini yenidən qazanmalı və parlamentdə daha geniş mütərəqqi çoxluq formalaşdırmalı olduğunu bildirib.
Türkan İsgəndərli