Yük avtomobili velosipedçini vuraraq öldürdü

Yük avtomobili velosipedçini vuraraq öldürdü
18.09.2025 07:00 Hadisə

Hacıqabulda TIR velosipedçini vuraraq öldürüb.

TodayPress TV-nin məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Velosipedlə hərəkətdə olan Atbulaq sakinini iri tonnajlı yük avtomobili vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər