Xınalıq yolunda köməksiz qalan turist xilas edildi

Xınalıq yolunda köməksiz qalan turist xilas edildi
08.12.2025 09:30 Hadisə

Ölkəyə turist kimi gəlmiş Macarıstan vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan "Hyundai" markalı avtomobillə qalan turistə lazımi köməklik göstərilib.

O, təhlükəsiz şəkildə hotelə yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər