Xəzərdən qanunsuz qum-çınqıl daşıyanlar tutuldu

Xəzərdən qanunsuz qum-çınqıl daşıyanlar tutuldu
07.12.2025 17:45 Hadisə

Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib.

Məlumata görə, keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, "Hovo" markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, "Shacman" markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər