Ucarda baş verən yol qəzası zamanı üç nəfər xəsarət aldı
Ucar rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlardan biri azyaşlıdır.
TodayPress TV xəbər verir ki, qəza Bakı-Qazax magistralında, yolun Ucarın Küçəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı xəsarət alan şəxslər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
(AZƏRTAC)