TƏBİB-dən 14 yaşlı ana və övladı ilə bağlı AÇIQLAMA

Hadisə

11.12.2025 22:50

Dekabrın 11-də saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.

Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.

Dekabrın 11-də pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2 600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.

Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir.

TodayPress TV

tag: TƏBİB, Ana, Körpə, Hamiləlik, todaypress.tv,