Şəmkirdə avtomobil ağaca çırpıldı- Ölən var

Şəmkirdə avtomobil ağaca çırpıldı- Ölən var
14.09.2025 08:21 Hadisə

Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki,  Şəmkir rayonunun Dəllər Cəyir kəndindən keçən hissəsində minik avtomobili ağaca çırpılıb. 

Qəza nəticəsində 1 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Ölən şəxsin kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər