Sabunçuda soyğunçuluq edən şəxslər saxlanıldı

Sabunçuda soyğunçuluq edən şəxslər saxlanıldı
07.07.2025 15:59 Hadisə

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib. 

TodayPress TV xəbər verir ki, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər