Qatar 44 yaşlı kişini vuraraq öldürdü

Qatar 44 yaşlı kişini vuraraq öldürdü
06.07.2025 04:30 Hadisə

Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb.

TodayPress TV xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolundan keçərkən onu yük qatarı vurub. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər