Nəsimidə quldurluq edən şəxs saxlanıldı

Nəsimidə quldurluq edən şəxs saxlanıldı
07.07.2025 15:58 Hadisə

Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. 

TodayPress TV xəbər verir ki, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.

Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər