Hovuza düşən kişi öldü

Hovuza düşən kişi öldü
03.07.2025 21:00 Hadisə

Gəncədə bədbəxt hadisə baş verib.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin DOS-6 adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1951-ci il təvəllüdlü V. Rzayev yaşadığı ünvanda hovuzun suyuna baxmaq istəyən zaman huşunu itirib.

Nəticədə 74 yaşlı kişi hovuza düşərək suda boğulub ölüb. Məlumata görə V. Rzayevin ürəyində problemi olub. O bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş. Hadisə vaxtı yaşlı kişi evdə tək olub

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər