Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - Foto

Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - Foto
09.12.2025 10:30 Hadisə

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.

TodayPress TV xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nicat Agentlikdə məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər