Güclü külək fəsadlar törətdi

Güclü külək fəsadlar törətdi
31.12.2025 10:19 Hadisə

Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.

TodayPress TV xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.

Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər