Göygöldə avtomobil divara çırpıldı- Ölən var
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Qırıqlı kəndində baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Ağır qəza zamanı 2003-cü il F.Quluzadə hadisə yerində həyatını itirib. 2009-cu il təvəllüdlü R.Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.