Goranboyda iki yaşlı uşaq xlordan zəhərləndi
Goranboyda az yaşlı kimyəvi maddədən zəhərlənib.
TodayPress TV xəbər verir ki, Veyisli kənd sakini, 2023-cü il təvəllüdlü Əbülfəz Verdiyev xlor içərək zəhərlənib.
Kimyəvi maddə evdə ziyanverici həşəratlara qarşı istifadə edilirmiş.
Azyaşlı xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib.
Vəziyyəti kafidir. Hadisə ehtiyatsızlıqdan baş verib.
(Teleqraf)