Goranboyda 14 yaşlı qızı avtomobil vurdu

Goranboyda 14 yaşlı qızı avtomobil vurdu
14.12.2025 18:46 Hadisə

Goranboyda piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Naftalan şəhər sakini 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.

Dərhal yeniyetmə qız xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər