Gəncədə zəncirvari qəza oldu - Yaralılar var
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var.
TodayPress TV-nin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.