Gəncədə iki avtomobil toqquşdu

Gəncədə iki avtomobil toqquşdu
08.12.2025 23:40 Hadisə

Gəncədə yol qəzası qeydə alınıb.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Mir Cəlal Paşayev küçəsində baş verib.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. 

Qəza nəticəsində 2005-ci il təvəllüdlü H.Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər