DİN: Pirotexniki vasitələr satan 9 nəfər saxlanıldı
30 dekabr Bakı və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 9 nəfər müəyyən olunaraq saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslərdən müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.